24/03/2020
18:33
4574
| A A A
Holand İspaniya La Liqasına keçə bilər

Real Madrid mövsüm sonunda hücum xəttini gücləndirmək niyyətindədir.

Goal.az xəbər verir ki, “kral klubu” Borussia Dortmund forvardı Erlinq Holandın xidmətində maraqlıdır.

Madrid klubu norveçli futbolçu ilə yanaşı, PSG-dən Mbappeni də transfer etməyi düşünür. Ancaq fransalı futbolçunun mövsüm sonunda heyətə cəlb edilə biləcəyi inandırıcı deyil. Çünki Mbappenin Paris təmsilçisi ilə müqaviləsi var və klub onu buraxmaq istəmir.

Qeyd edək ki, Holand Bundesliqada keçirdiyi 8 matçda 9 qol vurub və iki asisst edib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
8765 səs