25/03/2020
15:50
3764
| A A A
Borussia-dan Barcelona-ya rədd cavabı

Borussia Monchengladbach Alessan Pleanın Barcelona-ya getməsinə icazə verməyib.

Goal.az xəbər verir ki, Kataloniya klubu qışda futbolçunu heyətinə qatmağa cəhd edib.

İspaniya mətbuatı Barcelona-nın Luis Suarezin zədəsinin ardından əsl hədəfi Pleanı transfer etmək olduğunu yazıb. Klub oyunçu üçün qarşı tərəfə 50 milyon avro təklif etsə də, Borussia forvardı satmayıb. Nəticədə komanda Martin Braytvaytı heyətinə qatıb.

Qeyd edək ki, Plea bu mövsüm Bundesliqada 22 oyun keçirib və 8 qol vurub. O,komandasının ən çox qol vuran oyunçusudur.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8997 səs