Koutinyonun Barcelona-dakı taleyi müəyyənləşdi
Barcelona-nın futbolçusu Filippe Koutinyonun komandadakı gələcəyi müəyyənləşib.
Goal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Kataloniya klubundan ayrılmayacaq. Hazırda icarə əsasında Bayern Münich-də çıxış edən futbolçu, cari mövsümün sonunda Barcelona-ya qayıdacaq. Katalonlar futbolçunu satmaq istəsələr də, real təklifin olmaması Koutinyonun komandada qalmasına səbəb olub. Koutinyo gələn mövsümün yayınadək Barcelona-da qalacaq.
Barcelona Koutinyonun transfer qiymətini 80 milyon avro olaraq müəyyənləşdirib.
Yarımmüdafiəçinin klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR