31/03/2020
10:36
1811
| A A A
Koronavirusa görə futbolçuların qiyməti düşəcək

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) koronavirus pandemiyasının futbolçuların transfer dəyərinə təsiri barədə hesabat yayımlayıb.

Goal.az xəbər verir ki, qurum bildirib ki, mövsüm iyunun sonuna qədər yekunlaşmasa, oyunçular klublarına orta hesabla 28 faiz ucuz başa gələcəklər: "Futbolçulardan bəzilərinin qiyməti daha çox düşəcək. Bunların hamısı bir neçə amildən asılıdır: oyunçunun yaşı, müqaviləsinin müddəti, karyera yolu və son dönəmdəki çıxışları. Ən çox qısamüddətli müqavilələri olan yaşlı oyunçular və bu mövsüm meydana girməyənlər itirəcəklər".

CIES buna misal olaraq Manchester United-in oyunçusu Pol Poqbanın qiymətinin 65 milyon avrodan 35 milyon avroya düşmə ehtimalın olduğunu yazıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5626 səs