01/04/2020
17:53
2180
| A A A
Real Madrid hücumçusunu satacaq

Real Madrid hücumçusu Luka Yoviçin transferi ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Goal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Mənbənin sözlərinə görə, baş məşqçi Zidan 22 yaşlı futbolçunun xidmətindən razı deyil. Buna görə klub rəhbərliyi oyunçu ilə vidalaşacaq.

Yoviç mövsümün əvvəlində 60 milyon avro qarşılığında Eintracht-dan transfer olunmuşdu. Onun Real-la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bu mövsüm komandası ilə 15 matçda iştirak edən futbolçu 2 qol vurub və bir assist edib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5630 səs