03/04/2020
10:00
1158
| A A A
Rakitiç Madrid klubuna keçə bilər

İvan Rakitiç yayda Barcelona-dan ayrılacaq.

Goal.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu 32 yaşlı futbolçunun satışından 20 milyon avro qazanacaq. Xorvatilayı oyunçunun komanda ilə müqaviləsi 2021-ci ilə qədərdir.

Rakitiçin Atletico ilə razılığa gəldiyi bildirilir. Madrid klubu onu yanvarda heyətinə qamaq istəsə də, Barcelona”razı olmamışdı. Xəbərdə tərəflərin artıq anlaşdığı qeyd edilib.

Yarımmüdafiəçi 2014-cü ildə 18 milyon avro qarşılığında Sevilla-dan Barcelona-ya keçmişdi.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5450 səs