03/04/2020
15:58
1955
| A A A
İkardi PSG-dən ayrıla bilər

PSG-nin futbolçusu Mauro İkardi komandadan ayrılmağa qərar verib.

Goal.az xəbər verir ki, bu barədə La Gazzetta dello Sport nəşri məlumat yayıb.

Müqavilə ilə İnter-ə məxsus olan argentinalı hücumçunun mövsümün sonunda İtaliyaya qayıdacağı bildirilib.

Futbolçu və meneceri olan xanımı Vanda Naranın PSG-nin idman direktoru Leonardo ilə görüşərək, qərarlarını söylədikləri qeyd olunub. Bundan sonra isə Paris klubu Milan təmsilçisi ilə İkardinin komandada qalması ilə bağlı danışıqları dayandırıb.

Qeyd edək ki, İkardi bu mövsüm Fransa Liqasında 20 matça çıxıb və 12 qol vurub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5450 səs