06/04/2020
14:50
2247
| A A A
Juventus Pyaniçin qiymətini açıqladı

Juventus yarımmüdafiəçisi Miralem Pyaniçlə bağlı qərarını verib.

Goal.az xəbər verir ki, “qoca sinyora” 30 yaşlı futbolçunu satmağa hazırlaşır. Klub, Pyaniçi uyğun məbləğ qarşılığında göndərərək, heyətdəki sıxlığı azaltmağı planlaşdırır.

Turin klubu bosniya və herseqovinalı futbolçu üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, 2016-cı ildən Juventus-un şərəfini qoruyan Pyaniçin klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6167 səs