08/04/2020
13:22
3271
| A A A
Barcelona Koutinyonun qiymətini açıqladı

Barcelona Koutinyonun satış qiymətini müəyyənləşdirib.

Goal.az xəbər verir ki, Kataloniya klubu hazırda Bayern Münich-də icarədə olan braziliyalı yarımmüdafiəçini 90 milyon avroya satmağa hazırdır. Klubun gözlənilən maliyyə böhranına görə qiyməti azaltmaq niyyətində olmadığı da bildirillib.

İngiltərə Premyer Liqa təmsilçilərindən bir neçəsi Koutinyonu icarəyə götürmək istəyir. Barcelona isə yalnız sonradan futbolçunu birdəfəlik transfer etmək şərti ilə onu göndərməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Koutinyo ilə Chelsea, Manchester United, Arsenal və Tottenham-in maraqlandığı iddia olunur.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5630 səs