17/05/2020
13:57
3176
| A A A
Mertens Chelsea-dən imtina edərək bu kluba keçir

Napoli-nin hücumçusu Dris Mertens klubunu dəyişməyə yaxındır.

Goal.az xəbər verir ki, Mertens, onun xidmətində maraqlı olan Chelsea-yə yox, İnter-ə keçməyi üstün tutur. Belçikalı futbolçunun Napoli ilə müqaviləsi bu yay başa çatacağından, o, azad agent kimi "neradzurri"nin heyətinə qoşulacaq.

2019-20 mövsümündə 29 matçda meydana çıxan Mertensin aktivində 12 qol, 6 məhsuldar ötürmə var. Daha əvvəl 33 yaşlı forvardın Milanda mənzil axtarışı ilə bağlı millidəki komanda yoldaşı Romelu Lukakudan kömək istədiyinə dair xəbərlər yayılmışdı.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5853 səs