18/05/2020
18:27
4562
| A A A
PSG-nin ulduzu Juventus-a keçir

Mauro İkardi karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Juventus İkardini transfer etməyə hazırdı. "Qoca sinyora" PSG-nin argentinalı futbolçunun transfer haqlarını ələ keçirəcəyinə ümid edir. Yalnız bundan sonra Turin klubu təklif göndərəcək.

Juventus-un İkardini birbaşa İnter-dən alması inandırıcı görünmür. "Neradzurri" 27 yaşlı hücumçunu prinsipial rəqibinə satmaq niyyətində deyil.

İkardi icarə əsasında PSG-də çıxış edir. Paris təmsilçisi satınalma opsiyasından faydalanaraq onu 70 milyon avro qarşılığında heyətinə qata bilər.

Cari mövsümdə 31 matçda meydana çıxan İkardinin aktivində 20 qol, 4 məhsuldar ötürmə var.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5854 səs