20/05/2020
13:27
1389
| A A A
Verner İtaliya nəhənginin hədəfində

Leipzig-in hücumçusu Timo Verner karyerasını İnter-də davam etdirə bilər.

Goal.az xəbər verir ki, almaniyalı futbolçu Milan klubuna keçməyə razıdır.

Məlumata görə, İtaliya təmsilçisi Verneri Lautaro Martinesin alternativi kimi görür. Argentinalının komandanı tərk edəcəyi gözlənilir. Bu halda isə İnter 24 yaşlı hücumçunu rənglərinə bağlayacaq.

Daha öncə almaniyalı forvardın Liverpool-a keçəcəyi iddia edilirdi.

Verner cari mövsüm Bundesliqada 26 oyunda iştirak edib və 21 qol vurub. (matc)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6015 səs