Koutinyo İngiltərəyə qayıda bilər
Barcelona-nın yarımmüdafiəçisi Filippe Koutinyu karyerasını İngiltərədə davam etdirə bilər.
Goal.az xəbər verir ki, Koutinyu Manchester United-in maraq dairəsindədi. "Qırmızı şeytanlar"ın yaxın günlərdə təklif göndərəcəyi gözlənilir.
MU ilə yanaşı, digər ingilis klubları - Chelsea, Tottenham və Liverpool da braziliyalı futbolçu ətrafındakı situasiyanı yaxından izləyirlər.
Koutinyu 2019-cu ilin yayında 8,5 milyon avro icarə haqqı qarşılığında Bayern-ə keçmişdi. Cari mövsümdə Bundesliqada 22 matçda meydana çıxan 27 yaşlı oyunçunun aktivində 8 qol, 6 məhsuldar ötürmə var.
Koutinyunun Barcelona ilə olan müqaviləsi 2023-cü ilin yayında başa çatır. Bayern 120 milyon avro ödəyərək onun transfer hüquqlarını ələ keçirə bilər. (fanat)
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR