Monaco 30 futbolçusunu satır
Monaco transfer dönəmində köklü dəyişiklik etməyə hazırlaşır.
Goal.az xəbər verir ki, rəhbərlik heyətdəki oyunçuların sayını xeyli azaltmaq niyyətindədir.
Məlumata görə, Liqa 1 təmsilçisi 30 futbolçusunu satmağı planlaşdırır. Rəhbərlik bu satışlardan 50 milyon avro gəlir əldə etmək istəyir. Klub koronavirus pandemiyasının yaratdığı maliyyə böhranından bu şəkildə qurtulmağı düşünür.
Qeyd edək ki, Monaco-nun forvardı Vissam Ben Yedder “top” klubların hədəfindədir. (matc)
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR