23/05/2020
14:19
1562
| A A A
Barcelona ilə Manchester City oyunçularını dəyişdirir

Barcelona-nın müdafiəçisi Nelson Semedu karyerasını Manchester City-də davam etdirmək istəyir.

Goal.az xəbər verir ki, Semedu Manchester City-də oynamaq barədə qərar qəbul edib. Komandanın Çempionlar Liqasından uzaqlaşdırılması onu fikrindən daşındırmayacaq.

"Şəhərlilər" 26 yaşlı futbolçu qarşılığında Joau Kanselunu Barcelona-ya göndərməyə hazırdı. Hər iki oyunçunu menecer Jorje Mendeş təmsil edir. Tərəflərin anlaşmaya yaxın olduğu bildirilir.

Manchester City-nin baş məşqçisi Pep Qvardiola Semedunun xidmətində maraqlıdır. Eyni zamanda, katalon çalışdırıcı Kanselunun oyunundan narazı olduğu üçün onun Barcelona-ya keçidinə qarşı çıxmayacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19385 səs