26/05/2020
15:55
3236
| A A A
Barcelona-dan Juventus-a

Barcelona Osman Dembeleni göndərməyi planlaşdırır.

Goal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu Juventus-a Miralem Pyaniçlə fransalı oyunçunu dəyişməyi təklif edir.

Turin klubunun Kataloniya təmsilçisinin bu təklifinə müsbət yanaşdığı bildirilir. Baş məşqçisi Kike Setyen də 23 yaşlı futbolçunun gündərilməsinə etiraz etmir.

Bununla yanaşı, Barcelona Neymar və ya Lautaro Martinesi də heyətinə qatmaqda israrlıdır. Bunun üçün də rəhbərlik Pyaniç üçün əlavə pul ödəmək istəmir.

Qeyd edək ki, Dembele bu günə qədər komandada 74 matç keçirib və 19 qol vurub. (Matc)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
7556 səs