26/05/2020
19:29
2484
| A A A
Villian İspaniya nəhənginin hədəfində

Chelsea-nin hücumçusu Villian karyerasını İspaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Atletico Madrid braziliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Məlumata görə, 31 yaşlı oyunçu London təmsilçisindən ayrılmaq istəyir. Onunla daha öncə Barcelona-nın da maraqlandığı iddia edilirdi. Ancaq Madrid klubunun Villian üçün daha əlverişli təklif verdiyi bildirilir.

Qeyd edək ki, futbolçu cari mövsüm Premyer Liqada 25 oyun keçirib və 4 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
7557 səs