29/05/2020
20:38
1590
| A A A
Pedro İtaliya A Seriyasına keçə bilər

Chelsea-nin yarımmüdafiəçisi Pedro Rodriqez karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Juventus oyunçunun xidmətində maraqlıdır.

Turin təmsilçisinin baş məşqçisi Mauritsio Sarri ötən mövsüm Chelsea-də çalışdığı ispaniyalı forvardın heyətə cəlb edilməsini istəyir. 32 yaşlı futbolçunun Qətər klublarından da təkliflərinin olduğu bildirilir.

Pedronun London təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. O, cari mövsüm “zadəganlar"ın heyətində 18 matçda çıxış edib və iki qol vurub

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8971 səs