26/06/2020
11:24
4677
| A A A
Barcelona-nın yeni transfer hədəfi bilindi

Barcelona İnter-in hücumçusu Lautaro Martinesin transferini 111 milyon avroluq tələbə görə təxirə salıb.

Goal.az xəbər verir ki, katalonların yeni hədəfi PSG-dən ayrılacağı dəqiqləşən Edinson Kavanidir.

Öncə Atletico ilə danışıqlar aparan 33 yaşlı futbolçu katalonların marağından sonra təklifi dəyərləndirmək fikrindədir.

Uruqvaylı futbolçunun qardaşı və agenti olan Valter Quqlielmone transferlə bağlı açıqlamasında klub adı çəkməsə də, İspaniyadan təklif aldıqlarını deyib: "Klubların adını çəkmək doğru deyil, amma İspaniyadan təkliflər almışıq. Bu təkliflərə baxırıq və seçimimizi edəcəyik".

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
11975 səs