28/06/2020
23:42
4498
| A A A
Mourinyo 5 transfer istəyir

Tottenham-in baş məşqçisi Joze Mourinyo klub rəhbərliyinə transfer planları haqda danışıb.

Goal.az xəbər verir ki, 57 yaşlı mütəxəssis növbəti mövsüm üçün 5 yeni transfer istədiyini bildirib.

Portuqaliyalı çalışdırıcı hesab edir ki, yeni oyunçular komandanın yüksək yerlər uğrunda mübarizə aparmasına kömək edəcək.

Tottenham hazırda İngiltərə Premyer Liqasında 45 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8922 səs