29/06/2020
18:24
8552
| A A A
Real Madrid-dən Premyer Liqa nəhənginə

Real Madrid-in yarımmüdafiəçisi Lukaz Vaskez karyerasını Premyer Liqada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Tottenham futbolçu ilə yaxından maraqlanır.

28 yaşlı oyunçunun Madird klubu ilə 2021-ci ilə qədər müqaviləsi var. London təmsilçisinin baş məşqçisi Joze Mourinyo ispaniyalı futbolçunu komandasında görmək istəyir. Yarımmüdafiəçi özü də daha öncə karyerasını Premyer Liqada davam etdirmək istədiyini açıqlayıb.

Qeyd edək ki, Vaskez cari mövsüm La Liqada 14 oyun keçirib və 2 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19328 səs