29/06/2020
18:52
7315
| A A A
İnter oyunçusunu Agüero ilə dəyişmək istəyir

İnter müdafiəçisi Milan Şkrinyarla yollarını ayıra bilər.

Goal.az xəbər verir ki, rəhbərlik oyunçunu Manchester City-nin forvardı Kun Serxio Agüero ilə dəyişməyi də düşünür.

Bildirilir ki, İnter 25 yaşlı futbolçunu satmaq niyyətindədir. Real Madrid və Manchester City-nin müdafiəçiyə təklif göndərdiyi bildirilir. “Şəhərlilər” transferdə bir addım öndədir.

Çünki A Seriyası təmsilçisi argentinalı forvard Agüeronu rənglərinə bağlamaq niyyətindədir. Əgər tərəflər razılığa gəlsə, slovakiyalı futbolçu bu transferdə istifadə oluna bilər.

Qeyd edək ki, Milan Şkrinyar 2017-ci ildən İnter-in formasını geyinir. (matc)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
8778 səs