30/06/2020
12:25
1261
| A A A
Arsenal-dan La Liqa klubuna təklif

"Levante"nin yarımmüdafiəçisi Enis Bardi karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, "Arsenal" Bardinin xidmətində maraqlıdı. London klubunun 24 yaşlı futbolçuya görə "Levante"yə sərfəli təklif göndərdiyi bildirilir.

"Topçular"la yanaşı, Bardinin adı "Fiorentina" və bəzi Bundesliqa klubları ilə də yanaşı hallanır.

Cari mövsümdə La Liqada 26 matçda forma şansı əldə edən makedoniyalı oyunçu 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. (Fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12340 səs