03/07/2020
11:51
7994
| A A A
Qrizmann iki top klubun hədəfində

Barcelona-nın hücumçusu Antuan Qrizmann mövsüm sonunda komandadan ayrıla bilər.

Goal.az xəbər verir ki, futbolçu ilə Arsenal və İnter klubları maraqlanır.

Bildirilir ki, 29 yaşlı futbolçu Kataloniya təmsilçisindən ayrılmağı düşünür. Yerli mətbuat onun davamlı Lionel Messi ilə problemlərinin olduğunu iddia edir. Bununla yanaşı, son turda Atletico-ya qarşı görüşdə (2:2) 90-cı dəqiqədə meydana daxil olması Qrizmannı ayrılmaq barədə düşünməyə vadar edib.

Daha əvvəl Barcelona-nın prezidenti Xosep Maria Bartomeu da hücumçunun oyunundan razı qalmadığını bildirmişdi.

Qeyd edək ki, cari mövsüm Qrizmann Barcelona-da 43 oyun keçirib və 14 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13070 səs