08/07/2020
13:28
2167
| A A A
Napoli-dən Tottenham-ə

Napoli-nin forvardı Arkadiuş Milik karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, Tottenham 26 yaşlı futbolçunun xidmətində maraqlıdır. London klubu onun üçün təklif göndərməyə də hazırdır. Klub Milik üçün Neapol klubuna Lukas Mouranı təklif edəcək. Qarşı tərəfin bu təklifi müsbət qarşılayacağı bildirilir.

Napoli keçən yay Mouranı heyətinə qatmaq istəsə də, həmin vaxt Tottenham-i çalışdıran Maurisio Poçettino onun ayrılmasını istəməmişdi.

Milikin Napoli ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13149 səs