08/07/2020
22:28
4989
| A A A
Real Mbappeni havayı əldə etməyin yolunu tapıb

“Real” PSG-nin futbolçusu Kilian Mbappeni transfer etməkdə israrlıdır.

Goal.az xəbər verir ki, PSG rəhbərliyi isə Kilianı satmaq niyyətinin olmadığını dəfələrlə bildirib.

Amma futbolçu özü də “Real”da oynamaq istədiyinə bir neçə dəfə işarə edib. Deyəsən, “Real” klubu taktikanı dəyişib.

PSG-nin Mbappeni buraxmaq niyyətinin olmadığını anlayan “kral klubu”nun rəhbərliyi, onu, Paris nəhənginə bir qəpik də ödəmədən əldə etməyi planlaşdırır.

Bu plana əsasən, Mbappe 2022-ci ilin yayında (onun PSG ilə müqaviləsi həmin vaxt başa çatır) azad agent kimi keçəcək. Kilian PSG ilə müqaviləni uzatmayıb 2022-ci ildə “Real”a keçsə, imza üçün 100 milyon avro bonus əldə edəcək. (Sportinfo)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12660 səs