12/07/2020
19:37
3666
| A A A
Barcelona Neymardan imtina edir?

Neymar böyük ehtimalla 2019/2020 mövsümündən sonra PSG-də çıxış etməkdə davam edəcək.

Goal.az xəbər verir ki, 28 yaşlı futbolçu Barcelona-ya qayıtmaq istəyir, ancaq kataloniyalıların rəhbərliyi bu yayda onu əldə etmək cəhdlərindən əl çəkib.

Məlumata görə, koronavirus pandemiyasına qədər Barcelona-nın futbolçunu transfer etmək şansı yaxşı olub. Amma hazırkı maliyyə itkiləri bunu praktiki olaraq qeyri-mümkün edib.

Daha əvvəl Neymarla maraqlanmış Madrid Real-ı da həmçinin ən yaxın mövsümlərarası dövrdə braziliyalının əldə edilməsi imkanını nəzərdən keçirmir.

Neymarın PSG ilə müqaviləsi 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub. Fransanın Liqasının hazırkı çempionları hücumçu ilə razılaşmanın müddətini uzatmaq istəyirlər. (report)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12424 səs