14/07/2020
16:27
2198
| A A A
Premyer Liqa klubları arasında mübarizə

İnter-in müdafiəçisi Milan Şkrinyar yayda klubunu dəyişə bilər.

Goal.az xəbər verir ki, slovakiyalı futbolçu baş məşqçi Antonio Kontenin planlarına daxil deyil.

Məlumata görə, rəhbərlik 25 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək. Şkrinyarla Manchester City və Manchester United-in maraqlandığı iddia edilir. Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı vurğulanıb.

Xatırladaq ki, Şkrinyar 2017-ci ildə 30 milyon avro qarşılığında Sampdoria-dan İnter-ə keçib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13153 səs