30/07/2020
17:26
2078
| A A A
Bekhemin klubu Barcelona-nın ulduz futbolçusunu transfer edir

Barcelona-nın hücumçusu Luis Suarez karyerasını MLS-də davam etdirə bilər.

Goal.az xəbər verir ki, Devid Bekhemin sahibi olduğu İnter Miami klubu Suarezi heyətinə qatmaq niyyətindədir. ABŞ klubu 33 yaşlı futbolçunu azad agent kimi transfer etmək istəyir.

Suarezin Barcelona ilə müqaviləsi 2021-ci ilin iyun ayında başa çatır. Uruqvay millisinin üzvü növbəti mövsüm oyunların 60%-də meydana çıxsa, onun sözləşməsi avtomatik bir il müddətinə uzadıla bilər. Forvardın katalon klubunda qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, Suarez 2019-20 mövsümündə 34 matçda meydana çıxıb və 19 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13073 səs