01/08/2020
16:52
2647
| A A A
Kulibali Premyer Liqaya keçməyə yaxındı

Napoli-nin mərkəz müdafiəçisi Kalidu Kulibali karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Goal.az xəbər verir ki, Manchester City oyunçunu transfer etməkdə israrlıdır.

Məlumata görə, İtaliya klubu 29 yaşlı futbolçunu satmağa razılıq verib. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın israrla istədiyi müdafiəçi növbəti mövsümdən karyerasını Premyer Liqada davam etdirə bilər.

Qeyd edək ki, Kulibali cari mövsüm A Seriyasında 24 oyun keçirib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12469 səs