06/08/2020
11:28
3282
| A A A
Aleks Telles Premyer Liqaya keçir

Porto-nun futbolçusu Aleks Telles karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, Manchester United sol cinah müdafiəçisi ilə maraqlanır.

Məlumata görə, 27 yaşlı braziliyalı futbolçunu Chelsea də heyətinə cəlb etmək niyyətindədir. Karyerası ilə bağlı son qərarı Aleksin özünün verəcəyi bildirilir.

Qeyd edək ki, Telles 2016-cı ildə Galatasaray-dan Porto-ya keçib. O, son mövsüm komandası ilə 49 oyun keçirib və 13 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18987 səs