06/08/2020
16:25
3125
| A A A
Chelsea-dən Arsenal-a

Chelsea-nin yarımmüdafiəçisi Villian karyerasını Londonun digər komandasında davam etdirəcək.

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu Arsenal 3 illik müqavilə imzalayıb.

Məlumata görə, “zadəganlar”la müqaviləsi başa çatan yarımmüdafiəçi Chelsea ilə sözləşmə yeniləməkdən imtina etdi. Azad agent statusu daşıyan oyunçunun növbəti mövsümdən “topçular”da çıxış edəcəyi bildirilir. 31 yaşlı futbolçu Arsenal-da həftəyə 100 min funt sterlinq qazanacaq.

Qeyd edək ki, Villian bu mövsüm İngiltərə Premyer Liqasının 36 oyununda iştirak edib. Onun aktivində 9 qol və eynisayda assist var.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18971 səs