07/08/2020
17:55
2626
| A A A
David Silva A Seriyasına keçir

"Manchester City"dən ayrılmağa qərar verən David Silva karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Goal.az xəbər verir ki, A Seriya təmsilçisi "Lazio" ispaniyalı yarımmüdafiəçini transfer etmək üzrədir.

Roma təmsilçisi futbolçu ilə 2 illik müqavilə bağlamağı planlaşdırır. "Lazio" 34 yaşlı futbolçunun illik 2,5 milyon avro+bonuslar, Romanın mərkəzində ev, şəxsi sürücü və xüsusi təyyarə istəyini qəbul edib.

Futbolçunun qardaşı transferdəki xırda detalları tamamlamaq üçün Romaya yollanıb. Silva ötən mövsüm keçirdiyi 40 oyunda 7 qol vurub, 10 məhsuldar ötürmə edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19126 səs