09/08/2020
15:27
2112
| A A A
Norveç millisinin ulduzu Galatasaray-da

Galatasaray Norveç millisinin üzvü Omar Elabdellaouini heyətinə qatır.

Goal.az xəbər verir ki, bu barədə sağ cinah müdafiəçisi özü açıqlama verib.

28 yaşlı futbolçu bildirib ki, Olympiacos-dan Galatasaray-la anlaşdığı üçün ayrılıb: "Olympiacos-dan ayrılmaq çətin idi. Məni komandada saxlamağa çalışdılar. Onlara təşəkkür edirəm. Amma Galatasaray-dan imtina edə bilməyəcəyim təklif aldım və getmək qərarına gəldim".

Omarın tezliklə İstanbula gələrək rəsmi müqavilə imzalayacağı gözlənilir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24280 səs