10/08/2020
19:37
1305
| A A A
Neftçi-nin rəqibi azərbaycanlı futbolçunu transfer etdi

Millimizin sabiq futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib.

Goal.az xəbər verir ki, 28 yaşlı müdafiəçi "Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində bu gün müəyyənləşən rəqibi "Şkupi"yə keçib. Bunu Şimali Makedoniya klubunun rəsmi saytı açıqlayıb. Onunla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan E.Yunuszadə "Qarabağ", "Sabah" və "Səbail"də də çıxış edib.

Xatırladaq ki, "Neftçi" - "Şkupi" matçı avqustun 27-də Bakıda keçiriləcək.

Əlavə edək ki, əgər E.Yunuszadə bu oyunda meydana çıxsa, o, Avropa kuboklarında klublarımıza qarşı oynayan ilk azərbaycanlı futbolçu olacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18984 səs