12/08/2020
11:57
24200
| A A A
Pirlo Merih Dəmiralla bağlı qərar verdi

"Napoli" "Juventus"un müdafiəçisi Merih Dəmiralı transfer etmək üçün hərəkətə keçib.

Goal.az xəbər verir ki, Neapol klubu Turin təmsilçisinə bu keçid üçün polşalı hücumçusu Arkadiuş Miliki də verməyə hazır olduğunu bildirib.

Ancaq "qoca sinyora"nın yeni baş məşqçisi Andrea Pirlo türkiyəli müdafiəçinin gələcək planlarında gördüyü üçün bu keçidin baş tutmağına imkan verməyib.

"Juventus" Dəmiralı 2019-cu ilin yayında "Sassuolo"dan 18 milyon avroya transfer edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24504 səs