14/08/2020
12:25
1483
| A A A
Şehiçin yeni klubu müəyyənləşdi

Türkiyənin "Konyaspor" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Superliqa təmsilçisi "Erzurumspor"la müqaviləsi başa çatan İbrahim Şehiçin keçidini həll edib.

Bosniya və herseqovinalı qapıçı ilə 2+1 illik sözləşmə imzalanıb.

"Konyaspor"un baş məşqçisi əvvəllər "Bakı" komandasına da rəhbərlik etmiş Bülent Korkmazdır.

Qeyd edək ki, İbrahim Şehiç "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19129 səs