14/08/2020
13:27
6177
| A A A
Koutinyo Premyer Liqaya qayıdır

"Barcelona"nın yarımmüdafiəçisi Flipp Koutinyo karyerasına İngiltərədə davam edə bilər.

Goal.az xəbər verir ki, braziliyalı futbolçunun “Arsenal”a keçməyə yaxın olduğu bildirilir.

Mətbuatda dolaşan iddialarla yanaşı, Koutinyonun sosial şəbəkə hesabından London klubunun üzvləri – Pyer Emerik Obameyanq və Qabriela Martinellini izləməyə başlaması bu şayiələri daha da gücləndirib. İngiltərə mətbuatı 29 yaşlı yarımmüdafiəçinin artıq “topçular”ın bazasına baş çəkdiyini də yazır.

Mövsümü "Bayern"da keçirən oyunçu müqavilə ilə məxsus olduğu “Barcelona” klubuna qayıtması gözlənilir. (Matc)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19125 səs