27/08/2020
16:52
27995
| A A A
Messi top klubla danışıqlara başladı

Barcelona-dan ayrılmaq qərarına gələn Lionel Messi karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, 33 yaşlı ulduzun atası Jorj Messi Manchester City ilə danışıqlara başlayıb. Ata Messi bu məqsədlə Mançesterə yollanıb.

Məlumata görə, İngiltərə klubunun baş məşçisi Pep Qvardiola argentinalı ulduzla yenidən birlikdə çalışmaq istəyir və transfer danışıqlarında özü də iştirak edir. Messinin atası Mançester təmsilçisindən iki illik müqavilə tələb edib.

Qeyd edək ki, Messinin Barcelona ilə müqaviləsindəki sərbəst qalma maddəsi 700 milyon avro olsa da, klubun onun üçün 100 milyon avro tələb etdiyi bildirilir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18797 səs