04/09/2020
16:38
12895
| A A A
Suarez İtaliya nəhəngiylə razılaşdı

Barcelona-nın futbolçusu Luis Suarez Juventus-a keçməyə yaxındır.

Goal.az xəbər verir ki, 33 yaşlı hücumçu Turin təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırıb.

Tərəflər uruqvaylı forvardın Kataloniya təmsilçisi ilə müqavilənin ləğv edilməsini gözləyirlər.

Qeyd edək ki, Luis Suarez 2019/2020 mövsümündə 36 matçda meydanda olub, 21 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18783 səs