10/09/2020
18:59
12096
| A A A
Koutinyo Premyer Liqa klubunun hədəfində

Barcelona-nın futbolçusu Filipp Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin xidmətində Manchester United maraqlıdı.

Mövsümü icarə əsasında Bayern Münich-də keçirən futbolçu yenidən Katloniya klubuna qayıdıb. Yarımmüdafiəçinin daha öncə Barcelona-dan ayrılacağı deyilsə də, baş məşqçi Ronald Kuman onu heyətdə saxlamaq niyyətindədi.

Karyerası ilə bağlı yekun qərarı Koutinyonun özünün verəcəyi bildirilir. Braziliyalı ötən mövsüm Münxen klubunda 24 oyunda 6 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19367 səs