11/09/2020
16:26
26694
| A A A
Kavani La Liqa nəhənginə keçir

PSG-dən ayrılan Edinson Kavani karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Goal.az xəbər verir ki, Benfica-ya keçməkdən son anda imtina edən uruqvaylı forvard Atletico Madrid-lə anlaşmaq üzrədir.

Onunla 2+1 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 33 yaşlı hücumçu 2013-cü ildə 64 milyon avro qarşılığında Napoli-dən PSG-yə keçmişdi. O, komandada 301 oyun keçirib və 200 qol vurub, 43 məhsuldar ötürmə edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19368 səs