14/09/2020
18:37
9345
| A A A
Atletico Madrid-dən Manchester City-yə

Atletico Madrid-in futbolçusu Xose Mariya Ximenes karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, İngiltərə təmsilçisi Manchester City 25 yaşlı müdafiəçi üçün böyük məbləğ təklif edib. "Şəhərlilər" uruqvaylı oyunçudan ötrü 94 milyon ödəməyə hazırdır.

Atletico oyunçunu buraxmaq istəməsə də, təklifi nəzərdən keçirəcək.

Qeyd edək ki, Xose Mariya Ximenesin klubu ilə müqaviləsi 2023-cü ildə başa çatır. Onun sözləşməsində 120 milyon avro təzminat qarşılığında komandadan ayrıla biləcəyi yazılıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19364 səs