22/09/2020
10:49
12470
| A A A
Suarez Madrid nəhənginə keçir

Barcelona-nı ölkənin digər komandası Atletico Madrid-ə dəyişməyə hazırlaşan Luis Suarez Madrid klubu ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb.

Goal.az xəbər verir ki, uruqvaylı futbolçu paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. 33 yaşlı forvardın yeni komandasında illik məvacibi isə 9 milyon avro olacaq.

Transferlə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir. Suarezin keçidi gerçəkləşsə, Atletico digər hücumçusu Alvaro Morata ilə yollarını ayıracaq. İspaniyalı forvardla Juventus yaxından maraqlanır.

Qeyd edək ki, Suarezin Barcelona-yla 2021-ci ilin yayınadək müqaviləsi var.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9737 səs