25/09/2020
13:28
4065
| A A A
Fenerbahçe Porto-nun hücumçusunu icarəyə götürdü

Fenerbahçe daha bir transferə hazırlaşır.

Goal.az xəbər verir ki, Porto-nun hücumçusu Ze Luişi 1 illik satın alma şərti ilə icarəyə götürüb.

"Sarı-lacıvərdilər" 29 yaşlı futbolçunu 6 milyon avroya transfer etmək hüququna sahibdir. Türkiyə klubu bu məbləği 3 il ərzində taksitlə ödəyəcək.

Kabo-verdeli oyunçunun illik maaşı 2 milyon avro olacaq və bunun üzərinə bonuslar da əlavə olunacaq. Futbolçu 1+2 illik razılıq əldə edilib. O, bu həftə İstanbula gəlib, tibbi müayinədən keçəcək.

Porto Ze Luişi 2019-cu ilin yayında Spartak-dan 10,75 milyon avroya transfer edib. O, ötən mövsüm keçirdiyi 31 oyunda 10 qol vurub. (sportinfo)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9598 səs