25/09/2020
16:55
20122
| A A A
Dünyanın ən varlı futbolçusunun yeni klubu müəyyənləşdi

Leicester City-nin akademiyasında yetişən və 28 milyard dollar sərvəti ilə dünyanın ən varlı futbolçusu olan Faiq Bolkiahın yeni klubu müəyyənləşib.

Goal.az xəbər verir ki, 22 yaşlı futbolçu Portuqaliyanın Maritimo klubuna transfer olunub.

Faiq Bolkiahın var-dövləti atasından gəlir. Belə ki, onun atası Cefri Bolkiah Bruney respublikasının kralıdı. 22 yaşlı Faiq Bolkiah karyerası ərzində heç bir peşəkar klubda rəsmi matça çıxmasa da, Maritimo-ya transfer olunub.

Qeyd edək ki, Faiq Bolkiah İngiltənin Southampton, Arsenal, Chelsea və Leicester klublarının aşağı yaş qruplarında oynayıb. O, Bruneyin aşlağı yaş qrupları üzrə yığmaları ilə yanaşı, A milli komandasında da 6 oyun keçirib. (fanat)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9599 səs