12/10/2020
15:58
3196
| A A A
Agüero İtaliya nəhənginə keçir

Manchester City-nin hücumçusu Serxio Agüero karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, İnter oyunçunun xidmətində maraqlıdır.

Məlumata görə, argentinalı forvardın “şəhərlilər”lə müqüviləsi 2020-2021 mövsümünün sonunda başa çatır. Premyer Liqa təmsilçisinin onunla sözləşmə yeniləmək niyyətində olmadığı bildirilir.

Agüero İnter-dən gələcək təklifə müsbət cavab vermək niyyətindədir. 33 yaşlı hücumçunun tək şərti müqavilənin 2 illik olmasıdır.

Tərəflərin yaydan danışıq apardığı və şərtlərin uyğun olacağı təqdirdə, transferin yanvarda reallaşa biləcəyi vurğulanıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9737 səs