28/10/2020
12:28
2530
| A A A
İsko Premyer Liqa nəhənginin hədəfində

Real Madrid-in yarımmüdafiəçisi İsko karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, Manchester City 28 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Şəhərlilər” qış transfer dövründə İskonu heyətinə qatmaq niyyətindədir. Məlumata görə, “kral klubu” da ispan futbolçunun satılmasına qarşı deyil. Real İskonun transferindən 40 milyon avro qazanmaq istəyir.

2013-cü ildən Real-da çıxış edən İskonun müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21520 səs