16/11/2020
15:56
3266
| A A A
Milan-dan Juventus-a

Milan-da çıxış edən Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu klubunu dəyişə bilər.

Goal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Juventus-un maraq dairəsindədir.

Milan təmsilçisi türkiyəli oyunçu ilə müqaviləni yeniləmək barədə razılığa gələ bilmir. Bu səbəbdən onu heyətinə qatmaq istəyən klublar daha da fəallaşıb.

Juventus Çalhanoğlunu qışda ilkin müqaviləyə, yay transfer dönəmində isə transfer üçün razı salmağa çalışır. Atletico Madrid və Manchester United də yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Qeyd edək ki, Hakan Çalhanoğlunun Milan-la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21425 səs