16/11/2020
16:55
2840
| A A A
Real Madrid-dən PSG-yə

PSG Real Madrid-in kapitanı Serxio Ramosu heyətinə qatmaq niyyətindədir.

Goal.az xəbər verir ki, Paris klubunun 34 yaşlı futbolçuya irəli sürəcəyi təklif də bəllidir. PSG ispan futbolçuya ildə 16,8 milyon avro olmaqla 3 illik müqavilə təklif edəcək. Bundan başqa, PSG Ramosu azad agent kimi transfer etsə, futbolçu əlavə olaraq bonus da qazanacaq.

Ramos Real-la cari mövsümün sonunda bitəcək müqaviləni hələ yeniləməyib. Onun klubla danışıq apardığı və yaxın vaxtlarda açıqlama verəcəyi bildirilir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21436 səs